İKT Xəbərləri
Android əsaslı smartfonlar gözdən əlillərə olduğu yeri müəyyənləşdirməyə kömək edəcək
Fujitsu şirkəti və Yaponiya Milli İnformasiya Texnologiyaları və Rabitə İnstitutu (NICT) gözdən əlillərə və görmə qabiliyyəti zəif olanlara olduğu yerin səmtini müəyyən etməyə kömək edəcək sistem yaradıblar.
Sistem bina, mobil stansiya (stansiyanın biri istifadəçidə, qalanı təyinat məntəqələrində olur), Android əməliyyat sisteminin əsasında işləyən kompüter və smartfonlarda yerləşdirilən baza stansiyalarından ibarətdir.
Baza stansiyalar yüksək genişzolaqlı simsiz rabitə texnologiyasından (UWB, ultra-wide band) istifadə etməklə adamın olduğu yer ilə mobil stansiya arasında olan məsafəni ölçür. Sonra əldə olunan ölçmə nəticələrini koordinatlara çevirən kompüterə göndərilir, Lenta yazır.
Koordinatlar isə öz növbəsində istifadəçinin mobil stansiyasına daxil olur, sonra Bluetooth vasitəsilə naviqasiya əlavəsinin quraşdırıldığı smartfona ötürülür. Naviqasiya əlavəsi istifadəçiyə səslə təyinat məntəqəsinədək olan məsafə barədə məlumat verərək hərəkət istiqamətini göstərir.
Sistem real vaxt rejimində işləyir. Belə ki, hərəkət edərkən istifadəçi yeni təlimatlar alır. Stansiyalar obyektin koordinatlarını 30 santimetrədək dəqiqlikdə müəyyənləşdirməyə imkan verir. Gələcəkdə tərtibatçılar sistemə maneələrin tanınması funksiyasını daxil etməyi planlaşdırırlar.
Qeyd edək ki, iyulun 5-dən 6-dək Yokoqama şəhərində keçiriləcək Wireless Technology Park sərgisində nümayiş olunacaq sistem təkcə yaşayış evlərində deyil, həm də xəstəxana, kitabxana və hökumət binalarında, eləcə də ticarət mərkəzlərində quraşdırıla bilər.
GPS bazası əsasında işləyən oxşar sistemlər olsa da, onların çatışmazlığı bina daxilində işləyə bilməməsidir. Onlardan yalnız peyk siqnallarının qəbul edildiyi yerlərdə istifadə etmək mümkünüdür.
http://mincom.gov.az
Xəbər 47 dəfə oxunub