İKT Xəbərləri

Nazir SIVECO şirkətinin prezidenti ilə görüşüb

İyulun 2-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Rumıniyanın SIVECO şirkətinin prezidenti xanım İrina Sokolla görüşüb. Görüşdə Əli Abbasov ölkəmizdə İKT sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər barədə qonağa ətraflı məlumat verərək son illər İKT sektorunda Rumıniya ilə əlaqələrin daha da genişləndiyini bildirib və birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Elektron dərslər” layihəsini yüksək qiymətləndirib, eləcə də layihənin II mərhələsinin həyata keçirilməsini məqsədəuyğun sayıb.    
SIVECO-nun yerli şirkətlərlə əməkdaşlıq etdiyini qeyd edən nazir bundan sonra da həyata keçirilən layihələrdə birgə əməkdaşlığın genişləndirilməsinin səmərəli olacağını qeyd edib.
Öz növbəsində İ.Sokol rəhbərlik etdiyi şirkət və onun Azərbaycanda gördüyü işlər barədə məlumat verib. O bildirib ki, SIVECO Mərkəzi və Şərqi Avropanın aparıcı proqram təminatı şirkətidir. 
İstehsal etdikləri proqram təminatı məhsullarının bir sıra ölkələr tərəfindən istifadə olunduğunu vurğulayan Rumıniya şirkətinin nümayəndəsi Azərbaycanda Ultra şirkəti ilə birgə 50 orta məktəbdə “Elektron dərslər” layihəsinin birinci mərhələsini uğurla başa vurduqlarını deyib. 
Proqramın II mərhələsinin daha çox məktəbi əhatə edəcəyini bildirən İ.Sokol əlavə edib ki, belə layihəni artıq Rumıniyada reallaşdırıblar: “Bu layihə Rumıniyada həyata keçirilib və olduqca müsbət nəticələr əldə edilib. Rumıniyada 5-12-ci siniflərdə dərslərin 80 faizi elektronlaşdırılıb. Bu istiqamətdə böyük təcrübəmiz var”.    

http://mincom.gov.az

 Xəbər 33 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


online tobacco store cialis preise holland buying viagra online in uk