İKT Xəbərləri

Azərbaycanla Portuqaliya arasında İKT sahəsində əlaqələr müzakirə olunub

İyunun 27-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Portuqaliya Respublikasının dövlət və xarici işlər naziri Paulo Portasın Azərbaycana rəsmi səfəri çərçivəsində onunla görüşüb. 

Görüşdə son illər Portuqaliya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdiyi və bu inkişafda informasiya-kommunikasiya texnologiyalarının (İKT) mühüm rol oynadığı vurğulanıb, iki ölkənin əməkdaşlığının genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük potensial olduğu qeyd edilib. 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə həyata keçirilən geniş islahatlar və İKT sahəsində əldə olunan nailiyyətlər barədə qonağı məlumatlandırıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündən məmnunluğunu ifadə edən portuqaliyalı nazir İKT sahəsində əməkdaşlığın ölkələr arasında münasibətlərin daha da genişlənməsinə müsbət təsir edəcəyini qeyd edib. Qonaq bildirib ki, səmərəli əməkdaşlıq çərçivəsində Azərbaycanın İKT şirkətlərinin Portuqaliya vasitəsilə Avropa, Afrika və Braziliya kimi böyük bazarlara, Portuqaliyanın isə Azərbaycan vasitəsilə MDB və Yaxın Şərq bazarlarına çıxış əldə etmək imkanı mövcuddur.
Hazırda Azərbaycanın İKT şirkətlərinin xarici bazarlara çıxması və investisiya qoyması istiqamətində kompleks işlərin görüldüyünü vurğulayan nazir Əli Abbasov şirkətlərimizin Portuqaliya bazarlarında da iştirak etmək niyyətində olduğunu bildirib.

Nazir ölkədə həyata keçirilən "Elektron hökumət" layihəsi çərçivəsində görülən işlər barədə geniş məlumat verərək bu istiqamətdə həyata keçirilən işlərin davamı kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Elektron Hökumət Agentliyinin yaradıldığını və elektron xidmətlərin sayının artırılması məqsədilə xarici şirkətlərlə yeni müqavilələrin bağlanması istiqamətində məqsədyönlü işlərin görüldüyünu qeyd edib.

Görüşdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

http://mincom.gov.az

 Xəbər 55 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


was kostet viagra in der apotheke cialis 20mg avis