İKT Xəbərləri
Müasir müəssisələr 2,2 zetabayt məlumat saxlayır
Symantec şirkətinin hesablamalarına əsasən, hazırda dünyadakı bütün müəssisələr 2,2 zetabayta yaxın məlumat saxlayaraq onun təhlükəsizlik və istifadəsinə 1,1 trilyon dollar xərcləyirlər. Şirkət bu qənaətə 38 ölkədə fəaliyyət göstərən şirkətlərin İT-direktorları arasında apardığı 4056 sorğu və nəticələrin qiymətləndirilməsi əsasında gəlib.
Symantec hesabatda qeyd edir ki, böyük biznes rəqəmsal məlumatların saxlanmasına hər il orta hesabla 38 milyon dollara yaxın vəsait xərclədiyi halda, orta və kiçik şirkətlər bu işə ildə 332 min dollar xərcləyirlər. Bundan başqa, şirkətlərin üçdə biri hazırda məlumatları korporativ serverlərdən kənarda saxladıqlarını, bunun da bəzən şəxsi heyət üçün informasiyadan istifadəsində problemlər yaratdığını bildiriblər.
Bununla yanaşı, rəyi soruşulanlar vurğulayırlar ki, məlumat biznes üçün getdikcə daha çox qiymətli aktivə çevrilir, belə ki, sorğuda iştirak edənlərin 49 faizi onu biznes üçün başlıca prioritet adlandırıb. Digər tərəfdən son il ərzində soruşulanların 69 faizi çalışdıqları şirkətlərdə ən azı bir məlumat sızması olduğunu, üçdə biri isə məlumatların saxlanılması ilə bağlı faktiki siyasətin bəyan edilən siyasətə uyğun olmamasını bildirib. Rəyi soruşulanların daha 42 faizi isə məlumatların üzünün köçürülməsi ilə təkrarlanmasında xeyli problemlər olduğunu qeyd edib.

Symantec-in hesablamalarına görə, müasir biznes məlumatların 75 faizini lokal şəkildə, 25 faizini uzaq məsafədə, o cümlədən “bulud” servislərində saxlayır, Cybersecurity yazır.
http://mincom.gov.az
Xəbər 48 dəfə oxunub