İKT Xəbərləri

Nazir Əli Abbasov Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi ilə tanış olub

Azərbaycanın telekommunikasiya və müşahidə peyklərinin idarə edilməsi və istismarının həyata keçirilməsi məqsədilə inşa edilən Azərkosmos ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin (ƏYPİM) tikintisinin ilk peykin orbitə buraxılmasından əvvəl başa çatdırılaraq tam istifadəyə verilməsi planlaşdırılır.
Hazırda ƏYPİM-də Azərbaycanın telekommunikasiya peykinin istehsalçısı olan ABŞ-ın Orbital Sciences şirkəti və azərbaycanlı mütəxəssislər tərəfindən peykin idarə edilməsi üçün antenalar, texniki cihazlar və digər avadanlıqlar quraşdırılır. Əsas tikinti işləri başa çatmaqda olan ƏYPİM-də mülki işlər də davam etməkdədir.
Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Orbital Sciences şirkəti və telekommunikasiya peykinin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın Telesat şirkətinin nümayəndələri ilə birlikdə  ƏYPİM-in inşaat ərazisinə baş çəkib və mərkəzin tikinti prosesi ilə yaxından tanış olub.

http://mincom.gov.az

Xəbər 36 dəfə oxunub 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


cialis tadalafil viagra apotheke holland viagra pillenmaster viagra shop uk