İKT Xəbərləri
Dövlət orqanlarının internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmini gücləndiriləcək görəcək
Prezident İlham Əliyev Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
Sənədə əsasən, Nazirlər Kabinetinə iki ay müddətində dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair tələbləri müəyyən etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb və Azərbaycan Respublikası Milli Məclisinin Aparatına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikasının Prokurorluğuna, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və apellyasiya məhkəmələrinə tövsiyə edilib ki, həmin orqanların internet informasiya ehtiyatlarını və elektron poçt ünvanlarını Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirsinlər.
Xüsusi Dövlət Mühafizə Xidmətinə xidmətin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilən internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək, görülən işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Sənədin mətnini AzərTac yayıb.

http://mincom.gov.az
Xəbər 66 dəfə oxunub