İKT Xəbərləri

RİTN-də Əfqanıstan nümayəndə heyəti ilə görüş olub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Əfqanıstanın İnzibati İslahatlar Katibliyinin baş direktoru Seyid Zabiullah Savayzın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanda rabitə sahəsində görülən işlər barəsində məlumat verib. O bildirib ki, qısa zaman kəsiyində ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılıb: «Ölkəmiz ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda rabitə sistemi yenidən qurulub. Ölkə ərazisində yeni texnologiyaların tətbiqi üçün ardıcıl və məqsədyönlü işlər görülür.
2009-cu ildən Azərbaycanda 3G texnologiyası tətbiq olunur, 4G texnologiyasının tətbiqi istiqamətində həyata keçirilən işlər daha da sürətləndirilib".
Öz növbəsində Seyid Zabiullah Savayz bildirib ki, Əfqanıstan Azərbaycanın İKT sektorunda əldə etdiyi uğurlu təcrübədən faydalanmaq niyyətindədir. "Əfqanıstan hökuməti məmurların kompüter biliklərinin artırılması üçün Azərbaycanla əməkdaşlq etməkdə maraqlıdır".

İltimas Məmmədov Azərbaycanın əfqan kadrların hazırlanmasında yardımçı ola biləcəyini bildirib: «Kadrların hazırlanmasında uzunmüddətli və qısamüddətli kursların keçirilməsini təşkil edə bilərik. Bundan başqa, Azərbaycan şirkətləri proqram məhsulları, eləcə də ölkədə istehsal olunan kompüter avadanlıqları ilə Əfqanıstana kömək edə bilər».

Sonda Seyid Zabiullah Savayz Azərbaycanın sektor üzrə böyük nailiyyətlər əldə etdiyini bildirərək təklifləri ümumiləşdirib Əfqanıstan hökumətinə təqdim edəcəyini söyləyib.

http://mincom.gov.az

 Xəbər 40 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


rezeptfrei viagra bestellen