İKT Xəbərləri

Bakıda informasiya təhlükəsizliyi mövzusunda beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda IDC beynəlxalq analitik şirkətinin “İnformasiya təhlükəsizliyi və verilənlərin emalı mərkəzlərinin transformasiyası” (IT Security and Datacenters Transformation Roadshow 2012) mövzusunda ilk illik beynəlxalq konfransı işə başlayıb.
Tədbir IDC-nin qlobal proqramının tərkib hissəsidir və İT-infrastrukturun effektivliyinin artırılmasına yönəlib.  
Qeyd edək ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi konfransın strateji tərəfdaşı qismində çıxış edir. Konfransın işində IDC-nin analitikləri, beynəlxalq xüsusiləşmiş həllər tədarükçüləri şirkətlərinin nümayəndələri, müstəqil ekspertlər, Azərbaycan müəssisələrinin İT-direktor və menecerləri iştirak edir.
Konfrans yeni texnologiyalar və verilənlərin emalı mərkəzlərinin inkişaf strategiyası, emal edilən və saxlanılan məlumatların həcminin artım problemləri, müasir saxlanc infrastrukturunda xərclərin azaldılması imkanı, informasiya təhlükəsizliyi sahəsində qanunvericilik tələblərinə uyğunluq, mobil istifadəçilər və müəssisənin İT təhlükəsizliyi və s. mövzuları əhatə edir.

http://mincom.gov.az

 Xəbər 48 dəfə oxunub