İKT Xəbərləri

RİTN-də elektron xidmətlərin tətbiqi ilə bağlı məsələlər müzakirə olunub

İyunun 12-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası ilə bağlı görülən işlərin və qarşıda duran məsələlərin müzakirəsi məqsədilə “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının geniş tərkibdə növbəti iclası keçirilib. İclasda Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və digər dövlət qurumlarının səlahiyyətli nümayəndələri və mütəxəssisləri iştirak edib.
Əlaqələndirmə Şurasının sədri, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirakçılara Azərbaycan Respublikasının Prezidenti Prezident İlham Əliyevin Nazirlər Kabinetinin aprelin 16-da keçirilən 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət orqanlarında e-xidmətlərin təşkilində mövcud olan problemlərlə bağlı tapşırıqların yerinə yetirilməsi vəziyyəti barədə məlumat verib, bütün dövlət orqanları tərəfindən fərmandan irəli gələn vəzifələrin qısa müddət ərzində icrasının təmin edilməsinin vacibliyini vurğulayıb. Daha sonra fərmanın icrası ilə bağlı görülmüş işlər barədə geniş təqdimat keçirilib, hər bir dövlət qurumunda görülən işlər və mövcud problemlərlə bağlı müzakirələr aparılıb.     
Qeyd olunub ki, son bir ayda e-hökumət portalı istifadəyə verilmiş və bu portala inteqrasiya olunan xidmətlərin sayı 94 çatdırılmışdır. E-hökumət şlüzünə qöşulmalar davam etdirilmiş və bu müddət ərzində əlavə olaraq 10 dövlət orqanı bu infrastruktura qoşulmuş və hazırda 26 dövlət qurumu arasında informasiya mübadiləsi təmin olunmuşdur. Bununla bərabər, iclasda bu işlərin sürətləndirilməsi və qısa müddət ərzində başa çatdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyi bir daha vurğulanıb.
Tədbirdə dövlət qurumlarının nümayəndələri tərəfindən qaldırılan məsələlərlə bağlı geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

http://mincom.gov.az

 Xəbər 37 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


cialis generika aus deutschland levitra generique pas cher