İKT Xəbərləri

Avropa operatorları şəbəkənin yüklənməsi üçün ödəniş istəyirlər

Avropa Rabitə Operatorları Assosiasiyası (ETNO) beynəlxalq telekommunikasiya normalarına yenidən baxmağı və trafiki provayderlərin şəbəkəsində artıq yükləmə yaradan iri internet-şirkətlərindən (məsələn Google və ya Facebook kimi) ödəniş almağı təklif edib.
ETNO təklifini Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) göndərib və layihə 2012-ci ilin dekabrına təyin edilən iclasda müzakirə ediləcək.
Assosiasiya telekommunikasiya sahəsinin beynəlxalq telekommunikasiya reqlamenti tərəfindən  tənzimləndiyini, ona son dəyişikliklərin 1988-ci ildə edildiyini, sənədin isə zamanın tələblərinə cavab vermədiyini bildirir.   
ETNO üzvləri qeyd edirlər ki, müasir şəbəkələr vasitəsilə böyük həcmli trafik ötürülür. Ötürməni təmin etmək üçün provayder keyfiyyətli infrastruktur yaratmalıdır. İnfrastrukturun tikilməsi və inkişafı isə öz növbəsində böyük vəsait tələb edir.
Assosiasiya nümayəndələrinin fikrincə, trafiki təmin edən internet-şirkətlər infrastruktur xərclərini provayderlər arasında bölüşdürməlidir və xərclərin bölüşdürülməsi ilə bağlı müddəa beynəlxalq telekommunikasiya reqlamentinə daxil edilməlidir, Lenta yazır.
Qeyd edək ki, ETNO-ya Avropanın 38 telekommunikasiya şirkəti daxildir.

http://mincom.gov.az

 Xəbər 37 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


best place to buy cigarettes online kamagra brausetabs