İKT Xəbərləri
BMT qlobal kibermüharibənin perspektivlərindən narahatdır
BMT beynəlxalq ictimaiyyəti qlobal kibermüharibənin qarşısını almaq məqsədilə kiberməkanda “dinc yanaşı yaşamaq üsullarını” tapmağa çağırıb.
Bu bəyanat təkmil zərərverici Flame kodunun meydana çıxması ilə bağlı son gərginlik dalğasına verilən reaksiyadır.
BBC-yə müsahibəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Turenin bildirdiyinə görə, BMT ekspertləri bu təhlükəni mayın əvvəlindən izləyir.
H.Ture Flame proqramının tətbiqi hallarını kibermüharibə aktı olması fikrində deyil.”Proqram vaxtında aşkar edildiyindən hələ ki bu səviyyəyə çatmayıb”, - BTİ rəhbəri vurğulayıb.
“Hər şey proqramın yaradılmasının arxasında dövlətin dayandığınа işarə edir. Lakin BTİ təqsirkarları axtarmaq hüququna malik deyil. Bizim rolumuz ittifaqa daxil olan ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir”.
BTİ rəhbəri qeyd edib ki, BMT-nin bütün üzvləri kiberhücumlardan qorunmaq üçün vasitələrin hazırlanmasında əməkdaşlıq etməlidir.
http://mincom.gov.az
Xəbər 45 dəfə oxunub