İKT Xəbərləri
Lənkəranda elektron ticarətə həsr olunmuş təlim keçirilib
İyunun 6-da Lənkəranda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə sahibkarlar üçün "Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu" mövzusunda treninq keçirilib.
Tədbirdə elektron ticarət və onun əhəmiyyəti, elektron ticarətin mahiyyəti və prinsipləri, elektron ticarətlə bağlı beynəlxalq təcrübə, elektron ticarətin biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə ətraflı məlumat verilib, www.b2b.az elektron ticarət portalının təqdimatı keçirilib.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
http://mincom.gov.az
Xəbər 33 dəfə oxunub