İKT Xəbərləri
Oracle sosial şəbəkələrin monitorinqi üçün alətlər yaradıcısını alır
İri proqram təminatı tərtibatçılarından biri Oracle şirkəti müştərilərə Facebook və Twitter sosial resurslarında onların brendi ilə əlaqədar ictimai fikrin monitorinqi üçün həllər təklif edən Collective Intellect korporasiyasını alır. Satınalmanın məbləği açıqlanmır.
Bu alqı-satqı sayəsində Oracle “bulud servisləri”ni istifadəçilərin rəyini nəzərə alan daha səmərəli marketinq kampaniyalarının təşkili üzrə həllərlə artıra biləcək, Digit yazır.
Collective Intellect-in müştəriləri arasında Unilever, Pepsi, Siemens, Hasbro, Walmart və s. şirkətlərin adını çəkmək olar.
http://mincom.gov.az
Xəbər 48 dəfə oxunub