İKT Xəbərləri
SIM-kartlar üçün yeni standart təsdiq edilib
Mobil rabitə sahəsində standartların hazırlanmasına və qəbuluna məsul olan Avropa Telekommunikasiya Standartları İnstitutu (European Telecommunications Standards Institute, ETSI) sim-kartlar üçün yeni nano-SİM standartını təsdiq edib. Üstünlük öz layihələrini təklif edən digər şirkətlərin təzyiqi atında dəyişikliklərə məruz qalan Apple şirkəti tərəfindən təklif edilən modula verilib.
Onliner-in məlumatına görə, yeni SIM-kart mövcud microSIM-dən 40 faiz kiçikdir. Yeni SIM-kartın uzunluğu 12,3 mm, eni 8,8 mm, qalınlığı 0,67 mm təşkil edir. NanoSim əvvəlki standartlar kimi funksionallıq təklif edir və əks uyğunluğa malikdir.
SIM-kartın ölçüsünün azaldılması smartfon daxilində yerə qənaət etməyə imkan verməklə qurğunun korpusunun daxilindəki boş yerlərdən digər məqsədlər üçün istifadəyə şərait yaradır.
Standartın qəbul edilməsi ETSI-nin xüsusi komissiyasının üzvləri – Apple və onun mobil bazardakı rəqibləri Nokia, RIM və Motorola şirkətləri arasında yaranan fikir ayrılığına görə təxirə salınmışdı. Məhz bu səbəbdən standartla bağı səsvermə planlaşdırılan müddətdən bir neçə ay gec keçirilib.
http://mincom.gov.az
Xəbər 44 dəfə oxunub