İKT Xəbərləri

ICANN yüksək səviyyəli yeni domenlər üçün ərizələrin qəbulunu dayandırıb

Bu gün Bakı vaxtı ilə saat 04:59-da internetdə domen adların tənzimlənməsini həyata keçirən ICANN (Internet Corporation for Assigned Names and Numbers) təşkilatı ümumi istifadəli yüksək səviyyəli yeni domenlərin (gTLD) qeydiyyatı üçün ərizələrin qəbulunu dayandırıb.
2012-ci il yanvarın 12-dən etibarən istənilən hüquqi şəxs şəhər, sirkət, ictimai təşkilat adı ilə yeni domen zonaların yaradılması üçün ərizə verə bilib.  
Bir yüksək səviyyəli domen üçün qeydiyyat haqqı 185 min dollar təşkil edib, lakin qiymətləndirmənin xüsusi mərhələlərinin keçirilməsinə ehtiyac yarandıqda, əlavə ödəniş tələb olunub. Bundan başqa, ərizəçi öz üzərinə domen zonasının işə salınması və istismar xərclərinin maliyyələşdirilməsi üzrə öhdəliklər götürür.  
Təşkilat əvvəlcədən ərizələrin qəbulunu cari ilin aprel ayının 12-də dayandırmağı planlaşdırmışdı, lakin qəbulun başa çatmasına bir neçə saat qalmış sistemin işi texniki problemlə əlaqədar sıradan çıxıb və buna görə ərizə verən sistemin bəzi istifadəçiləri digər ərizəçilər tərəfindən yüklənən faylların adını görə biliblər. Bu səbəbdən ICANN nümayəndələri ərizələrin qəbul müddətinin beş iş günü uzadıldığını elan ediblər. Ərizələrin qəbulu üzrə sistemin fəaliyyəti mayın 22-də bərpa olunub, Digit yazır.
Verilən ərizələrin tam siyahısını ICANN iyunun 13-də dərc etməyi planlaşdırır.
Afilias şirkətinin məlumatına görə, iri şirkətlərin 44 faizi öz domen zonasını yaratmaq niyyətindədir.

http://mincom.gov.az

 Xəbər 45 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


buy cigarettes cartons online cheap