İKT Xəbərləri
RIM mümkün itkilər barədə xəbərdarlıq edir
Kanadanın Blackberry smartfon istehsalçısı Research in Motion (RIM) şirkəti sərmayədar və səhmdarları cari rübdə mümkün əməliyyat itkiləri, eləcə də şirkətin bazarda strateji perspektivlərini qiymətləndirmək məqsədilə bank qrupları ilə iş birliyi qurması barədə xəbərdar edib. Bu xəbərlərin yayılması fonunda şirkətin səhmlərinin dəyəri 15 faiz aşağı düşüb.
RIM müxtəlif strateji inkişaf perspektivlərinin, o cümlədən bazarda yeni tərəfdaşlıq, onun proqram təminatının lisenziyalaşdırılması və “alternativ strateji bines-modellər” axtarışının qiymətləndirilməsində yardım üçün JPMorgan Chase&Co və RBC Capital bankları ilə əməkdaşlığa başlayır. Bundan başqa, Cybersecurity-nin məlumatına görə, RIM əməliyyat fəaliyyətini sadələşdirmək, istehsal və idarəetmə xərclərini azaltmaq niyyətində olduğunu bəyan edib.
Analitiklər bildirilər ki, Kanada istehsalçısı müştərilərin iPhone və Android qurğulara meyl göstərməsi ilə üzləşir və bu hadisələr fonunda 2004-cü ildən bəri ilk dəfə olaraq əməliyyat itkisinə məruz qalır. Əvvəllər ekspertlər iyunun 2-də başa çatan cari rübdə RIM-in 261 milyon dollar məbləğdə mənfəət əldə edəcəyi proqnozunu vermişdilər.
http://mincom.gov.az
Xəbər 40 dəfə oxunub