İKT Xəbərləri

Eurovision-2012-nin ilk yarımfinalı möhtəşəm şou ilə yadda qalıb

Bu gecə Bakıda Baku Crystal Hall-da Eurovision-2012 mahnı müsabiqəsinin birinci yarımfinalı böyük uğurla başa çatıb.
Bu möhtəşəm şounu həm zaldan, həm də televiziya ekranlarından izləyən milyonlarla tamaşaçı bir daha Azərbaycan mədəniyyətinin möhtəşəmliyinin şahidi olublar.
Çıxışlar başa çatdıqdan sonra səhnəyə “Natiq” ritm qrupu çıxıb. Qədim qavaldaşda qrupun bədii rəhbəri Natiq Şirinovun ifası və Azərbaycan Dövlət rəqs ansamblının çıxışı yaddaşlara həkk olunub.
Şou zamanı Avropaya Azərbaycanın milli musiqi alətləri olan tar, balaban, nağaranın canlı ifası təqdim edilib.
Xatırladaq ki, finala Rumıniya (“Mandinga” qrupu), Moldova (Pavel Parfeniy), İslandiya (Qreta Salome və Yonsi dueti), Macarıstan (“Compact Disco” qrupu), Danimarka (Soluna Samay), Albaniya (Rona Nişliu), Kipr (İvi Adamiu), Yunanıstan (Eleftheria Eleftheriou), Rusiya (Buranovskiye babuşki), İrlandiya (“Jedward” qrupu) vəsiqə qazanıblar.
Finala çıxa bilməyənlər sırasına Monteneqro, Latviya, İsveç, Belçika, Finlandiya, İsrail, San-Marino və Avstriya daxildir. 
Qaliblər peşəkar jüri və tamaşaçıların sms-səsverməsinin nəticələrinə əsasən müəyyən edilib, AzərTac  yazır.

http://mincom.gov.az

 Xəbər 45 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


kamagra gunstig