İKT Xəbərləri

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 may tarixi bütün dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Bayramın tarixi 17 may 1865-ci ildə sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır. 2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilib.
 
İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq informasiya cəmiyyəti günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilmişdir. BMT Baş Assambleyası 27 mart 2006-cı ildə 17 may tarixini “Beynəlxalq informasiya günü” elan etmişdir. Bunun nəticəsi olaraq Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) 2006-cı ilin noyabrında gələcəkdə 17 may tarixini “Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü” kimi qeyd etməklə bağlı qərar qəbul etmişdir.
 
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və «rəqəmsal fərqliliyin» aradan qaldırılması barədə məlumat səviyyəsinin artırılmasına kömək göstərməkdən ibarətdir.
Ənənəvi olaraq BMT baş katibi və BTİ baş katibi bu gün ilə əlaqədar ilik müraciətlə çıxış edirlər.
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü 2012-ci ildə “İKT-də qadınlar və qızlar” mövzusuna həsr olunub. Cari ildə BTİ qadınların və qızların marağı naminə İKT-nin bütün potensialını gender ayrı-seçkiliyinin aradan qaldırılması və onların məqsəd və arzularına nail olması üçün hüquqlarının genişləndirilməsi vasitəsilə işə salmağa hazırlaşır.   

http://www.mincom.gov.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


cigarettes on loine kamagra bestellen rezeptfrei cialis 5mg filmtabletten 28 stck viagra kaufen frankfurt