İKT Xəbərləri

Cenevrədə WSIS Forumu işə başlayıb

Mayın 14-də Cenevrədə (İsveçrə) İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS - World Summit on the Information Society) qərarlarının yerinə yetirilməsi üzrə Forum işinə başlayıb. Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edir.
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), YUNESKO, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil olunmuş tədbir İKT-cəmiyyətinin ən iri illik forumudur. Burada Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış müəssisələri, hökumətlər, vətəndaş cəmiyyəti və İKT sahəsinin təşkilatları təmsil olunur.
Ənənəvi olaraq hər ilin mayında keçirilən forumun formatı bütün maraqlı tərəflərin informasiya cəmiyyəti ilə bağlı məsələlərin çoxtərəfli müzakirəsində iştirakını təmin etməyə imkan verir. Forumun gündəliyinə kənd yerlərinin inkişafı, informasiya-kommunikasiya infrastrukturu, kibertəhlükəsizlik, təhsil, səhiyyə, innovasiya və digər məsələlər daxildir.
Elmir Vəlizadə tədbirin açılış mərasimində çıxış edib. Forum daha sonra informasiya cəmiyyətinin nailiyyətləri və problemlərinin, WSIS-in 2015-ci ildən sonra hədəflərinin işlənib hazırlandığı yüksək səviyyəli “dəyirmi masa” arxasında davam edib. Nazir müavini Azərbaycanın informasiya cəmiyyəti məsələlərində əldə etdiyi təcrübə və uğurları iştirakçılarla bölüşüb.
Forum çərçivəsində yüksək səviyyəli mütəxəssislərdən ibarət qrupların bir sıra iclasları, tematik seminar-praktikumlar və bilik mübadiləsi, eləcə də WSIS-in qərarlarının yerinə yetirilməsi üçün böyük əhəmiyyətə malik məsələlərin müzakirə ediləcəyi sərgi təklif olunacaq. Forum WSIS-in qərarlarının yerinə yetirilməsi ilə bağlı ümumi icmalının həyata keçirilməsi üçün hazırlıq fəaliyyətinin başlanğıcı olacaq.
Mayın 18-dək davam edəcək forum WSIS məqsədlərinə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinin müzakirəsindən başqa, geniş spektrli digər məsələlər üzrə interaktiv müzakirə və informasiya mübadiləsinə kömək edəcək.  
Birinci mərhələsi 2003-cü ildə Cenevrədə (10-12 dekabr), ikinci mərhələsi isə 2005-ci ildə Tunisdə (16-18 noyabr) təşkil olunmuş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti dünya ictimaiyyəti üçün üçüncü minilliyin başlanmasının əsas hadisəsi olan, eləcə də sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçidi ifadə edən əlamətdar hadisə olmuşdur.  

http://www.mincom.gov.az

 Xəbər 49 dəfə oxunub

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


cialis 40 mg