İKT Xəbərləri
Regionlarda yeni rabitə obyektləri istifadəyə veriləcək
Təqvimin Azərbaycan xalqı üçün əlamətdar günlərində sakinlərin bayram sevincinə daha bir sevinc qatmaq kimi gözəl ənənələrinə sadiq qalan "Aztelekom" İB Qələbə Günü, Milli lider Heydər Əliyevin ad günü və Respublika Günü münasibəti ilə respublikanın müxtəlif bölgələrində yeni rabitə obyektlərini istifadəyə verəcək.
Əlamətdar günlər ərəfəsində Abşeron rayonunun Masazır qəsəbəsində salınmış “Qurtuluş” massivində Sİ-2000 tipli, 3008/960 tutumlu, Astara rayonunun Ojakərən kəndində DS-200L tipli, 256/30 tutumlu, Bərdə rayonunun Gülgəzli kəndində DS-200 tipli, 128/30 tutumlu, Mehdili kəndində DS-200 tipli, 256/30 tutumlu, Ağdam rayonunun Bənövşələr kəndində DS-200 tipli, 128/0 tutumlu və Qusar rayonunun Kirig kəndində DS-200 tipli, 128/30 tutumlu EATS-ləri istifadəyə veriləcəkdir.