İKT Xəbərləri

RİTN-də Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasim keçirilib

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasim keçirilib, ulu öndərin əziz xatirəsi ehtiramla anılıb.
İlk öncə ulu öndərin RİTN-in binasında yerləşən büstü önünə gül qoyulub və Heydər Əliyev Guşəsinə baxılıb. 
Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov müstəqil Azərbaycanın bu gün yeni inkişaf dövrü yaşadığını vurğulayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü daxili və xarici siyasət sayəsində ölkənin dünyanın nüfuzlu beynəlxalq təşkilatları və aparıcı dövlətləri ilə iqtisadi, mədəni və siyasi münasibətlərdə əməkdaşlığı ən yüksək səviyyəyə çatıb. Nazir ümummilli lider Heydər Əliyevin, sözün hər mənasında, böyük ömür yaşadığını, onun ideyalarının ömrünün isə daha uzun olduğunu qeyd edib. "Bu gün ölkəmizdəki bütün quruculuq işləri, islahatlar məhz ulu öndərin ideyalarının həyata keçirilməsi istiqamətində gedir. Bu strategiyadan irəli gələn vəzifələr hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirilir. İndi möhtərəm Prezidentimiz müstəqil dövlətçilik tariximizin yeni mərhələsində Azərbaycanı məhz Heydər Əliyev ideyaları əsasında idarə etməklə, həm də bu ideyaları müasir dövrün tələblərinə uyğun surətdə inkişaf etdirir", - nazir vurğulayıb. 
Əli Abbasov əlavə edib ki, ölkədə digər sahələr kimi, rabitənin də inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Nazir Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrünün 70-82-ci illərə - ulu öndərin birinci hakimiyyəti dövrünə təsadüf etdiyini, əsaslı islahatların və yenidənqurma işlərinin aparıldığını, rabitə sistemində böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.
Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin 1-ci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə mühüm qərarlar qəbul edildiyini qeyd edən nazir Heydər Əliyevin birbaşa dəstəyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - "BESM-6" gətirildiyini xatırladıb. "Bundan başqa, "Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri - RASU - «Azərbaycan», respublika kompüter şəbəkəsi, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlanmışdı. AZON, NORD elm-istehsalat birlikləri, Radio zavodu, Elektron hesablama maşınları zavodu, «Peyk», «Ulduz» kimi nəhəng istehsalat kompleksləri tikilərək istifadəyə verilmişdi". 
Daha sonra nazir bildirib ki, 1993-cü ildə ümummilli lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan milli rabitəsi yenidən inkişaf etməyə başlayıb, ölkə rəhbərinin müdrik siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunub və rabitə sahəsinin inkişafında əsl dönüş yaranıb.
Tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən, o cümlədən Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlərdən bəhs edilib. Qeyd olunub ki, ümummilli liderin uzaqgörən siyasəti nəticəsində əldə olunan nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə rabitə sahəsinin inkişafı istiqamətində verdiyi sərəncamlar, inşa olunmuş rabitə obyektləri və əldə olunan uğurları əks etdirən təqdimat olub.

http://www.mincom.gov.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


generika viagra cialis