İKT Xəbərləri

Rabitə və informasiya texnologiyaları naziri ADA-da olub

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Diplomatik Akademiyasında (ADA) olub. 
ADA-nın rektoru Hafiz Paşayevlə görüşdə akademiyanın gələcək fəaliyyəti, ixtisas istiqamətləri barədə fikir mübadiləsi aparılıb, akademiyada beynəlxalq münasibətlər, biznesin idarə edilməsi, mühəndislik və  informasiya texnologiyaları  sahələri üzrə kadrların hazırlanmasının vacibliyi vurğulanıb. 
Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən rabitə və informasiya texnologiyaları sahəsinin prioritet  elan edilməsi ilə sahəyə diqqətin daha da artırıldığını, ölkədə İKT sektoru üzrə  həyata keçirilən böyük layihələr fonunda yeni kadrların hazırlanmasının zəruriliyini qeyd edib. 
Müzakirələrdən sonra akademiyada informasiya texnologiyaları, mühəndislik fakültələrinin təşkili üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Azərbaycan Diplomatik Akademiyasının mütəxəssislərindən ibarət İşçi Qrupunun yaradılması qərara alınıb.
İşçi Qrupunun beynəlxalq təcrübə, yerli ehtiyac və perspektiv inkişaf istiqamətlərinin öyrənilməsi üzrə ilkin araşdırmalara başlaması nəzərdə tutulur.

http://www.mincom.gov.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


buy us camel cigarettes in the uk cialis in deutschland kaufen