İKT Xəbərləri

“Elektron Təhsil” müsabiqəsində 396 layihə qeydiyyatdan keçib

Azərbaycan Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” respublika müsabiqəsində 396 layihə qeydiyyata alınıb.
Müsabiqə iki istiqamət – “Təhsildə internet texnologiyaları” və “Elektron təhsil resursları” üzrə keçirilir.  
Müsabiqənin əsas məqsədi elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını müəyyən etmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.  
Layihələrin qəbulu mayın 15-də başa çatacaq, iki mərhələdə keçiriləcək səsvermədə qalibləri peşəkarlardan və mütəxəssislərdən ibarət münsiflər heyəti müəyyənləşdirəcək.
Daha ətraflı məlumatı müsabiqənin rəsmi internet-səhifəsindən əldə etmək olar.  

http://www.mincom.gov.az