İKT Xəbərləri

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib

2012-ci il 29 aprel tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib.
Xatırladaq ki, 7-ci dəfə keçirilən Olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak etmişdir. Nəticələrə görə, finala 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanmışdır.
İTİ-də təşkil olunmuş final mərhələsində Qafqaz Universitetinin “Qafqaz Programmers” komandası 1-ci yerə, Bakı Dövlət Universitetinin “Norbert” komandası 2-ci yerə, Qafqaz Universitetinin “Baku Qafqaz U4” və “Baku Qafqaz U7” komandaları isə müvafiq olaraq 3-cü və 4-cü yerə layiq görülüblər.
Qaliblər RİTN tərəfindən təşkil ediləcək 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə Olimpiadanın sponsorlarının (Azerfon və BestComp Group şirkətlərinin) təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

http://www.mincom.gov.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


viagra tablette kamagra bestellen deutschland