İKT Xəbərləri

RİTN-nin kollegiya iclası keçirilib

Aprelin 28-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin I rübünün yekunlarına dair kollegiya iclası keçirilib.
Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 1-ci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışıb, respublikada aparılan uğurlu neft siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı və dövlət proqramlarının iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün geniş imkanlar açdığını və bu imkanlardan rabitə və informasiya texnologiyaları sahəsində də səmərəli istifadə olunduğunu vurğulayıb.
Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri olduğunu qeyd edən nazir, sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, 2012-ci ilin I rübündə bu sahədə müsbət nəticələr əldə olunduğunu bildirib.
Qeyd olunub ki, bu sahədə görülən uğurlu işlərin nəticəsidir ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB-də liderliyini qoruyub saxlayıb.
Kollegiya iclasında cari ilin I rübü ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Çıxış edən məruzəçi bildirib ki, hesabat dövründə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 8,1 faiz artaraq 303,4 milyon manat təşkil edib, ötən illə müqayisədə real artım tempi İKT sektorunda 8,0 faizə, o cümlədən, telekommunikasiya sektorunda 8,1 faizə, poçt sektorunda 6,9 faizə, informasiya sektorunda 17,4 faizə, İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı isə 1,7 faizə bərabər olub.
Bundan əlavə, genişzolaqlı internet və elektron xidmətlərin tətbiqi ilə bağlı xüsusi məruzələr dinlənilib.
Məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər.
Kollegiyaya yekun vuran nazir Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılması nəzərdə tutulan Elektron Hökumət üzrə Dövlət Agentliyinin strukturunun formalaşdırılması, “E-hökumət” portalının fəaliyyətinin, “Elektron imza”ların verilməsinin, ümumilikdə elektron xidmətlərin həcminin genişləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmli TV yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

http://www.mincom.gov.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


where to buy the cheapest cigarettes in my county