İKT Xəbərləri

RİTN-də genişzolaqlı internet xidmətlərinə dair müzakirələr aparılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bakı şəhəri və respublikanın bölgələrində əhalinin genişzolaqlı internet və digər müasir rabitə xidmətləri ilə təmin edilməsinə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirələr keçirilib.
Müzakirələrdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2015-ci ilə qədər və sonrakı dövrdə əhalinin yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətləri  ilə təmin edilməsi üçün rabitə birlik-müəssisələri tərəfindən aparılan işlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. 
Nazir mövcud vəziyyəti, sürətlə artan tələbatı nəzərə almaqla əsaslandırılmış layihələrin hazırlanaraq həyata keçirilməsini, eləcə də bu işdə özəl şirkətlərin iştirakının vacibliyini qeyd edib.
İlkin mərhələdə ATS-lərin yerləşdiyi kənd və qəsəbələrə optik-lif kabellərin çəkilməsi və müvafiq avadanlıqlarla təchiz edilməsi işlərinin tam başa çatdırılması məqsədəuyğun sayılıb.
Eyni zamanda digər kənd və qəsəbə yaşayış məntəqələrinin də optik kabellərlə əhatə olunması, yerli  əhalinin genişzolaqlı xidmətlərlə təmin edilməsi və beləliklə, respublika üzrə "Hər evə optika" prinsipi əsasında qurulan yüksəksürətli multimedia şəbəkəsinin əsaslandırılmış layihəsinin hazırlanmasının vacibliyi bildirilib.  
Bundan başqa, müzakirələrdə Bakı şəhərində əhalinin genişzolaqlı xidmətlərə tələbatının tam ödənilməsi üçün yeni texnologiyaların tətbiqinin genişləndirilməsinə dair zəruri tədbirlərin görülməsi qeyd olunub. 
Bu işlərə özəl  sektorun aktiv cəlb olunmasının vacibliyi, onlara güzəştli şərtlərlə yeni imkanların yaradılması, genişzolaqlı internet xidmətlərinin inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşdırılması istiqamətində aidiyyəti üzrə əlavə tapşırıqlar verilib.

http://www.mincom.gov.az

 

 

 

 

 

 

 

 


belgique viagra