İKT Xəbərləri

RİTN-də Eurovision-2012 mahnı müsabiqəsi ilə bağlı kollegiya iclası keçirilib

Aprelin 7-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) nazir Əli Abbasovun rəhbərliyi ilə mayda Bakıda keçiriləcək 57-ci  Eurovision-2012 beynəlxalq mahnı müsabiqəsinin təşkili üzrə TV və radio yayımı, genişzolaqlı internet və digər rabitə xidmətlərinin dayanıqlı işinin təmin olunması istiqamətində görülən işlərlə bağlı kollegiya iclası keçirilib.  
İclasda tədbir zamanı tamaşaçıların Baku Crystal Hall kompleksində müasir standartlara cavab verən simli və simsiz şəbəkələrdən istifadə üçün görülən işlər barədə məlumat verilib. Eyni zamanda, kompleks ərazisində eyni vaxtda  30 minə qədər insanın mobil rabitə xidmətindən, o cümlədən 3-cü nəsil texnologiyalarından (3G) geniş istifadə üzrə həyata keçirilən hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti üzrə tapşırıqlar verilib.        
Bundan başqa, Eurovision- 2012 müsabiqəsi çərçivəsində ölkəyə təşrif buyuran qonaqların çoxluğu nəzərə alınaraq beynəlxalq telefon stansiyalarının, internetin Azərbaycan seqmentinin və internet resurslarının dayanıqlı işinin, eləcə də müsabiqənin keçirildiyi dövrdə mehmanxana, restoran və digər iaşə obyektlərinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması ilə bağlı aidiyyəti qurumlarla birgə həyata keçirilən məsələlər müzakirə olunub.     
Radio və televiziya verilişlərinin ölkə ilə yanaşı, beynəlxalq aləmdə keyfiyyətli yayımı, müsabiqənin rəsmi veb-saytının dayanıqlı işinin və sistemin informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlər də kollegiya iclasında müzakirə mövzusu olub.  
Sonda nazir RİTN-də yaradılmış İşçi Qrupunun fəaliyyətinin  gücləndirilməsi,  müsabiqənin keçirilməsinə qalmış vaxtdan səmərəli istifadə olunaraq rabitə sahəsinə aid tədbirlərin icrası, həmçinin mövcud problemlər barədə mütəmadi məruzələr edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.   

http://www.mincom.gov.az

 

 

 

 

 

 

 

 


buying camel cigarettes online achat du generique levitra