İKT Xəbərləri

Azərbaycan İT-nin inkişafına görə 142 ölkə arasında 61-ci yeri tutub

Ümumdünya İqtisadi Forumu (ÜİF) informasiya texnologiyalarının inkişafına (Global Information Technology Report 2012) dair yeni hesabatı açıqlayıb.
Hesabatda həmçinin dünyanın 142 ölkəsi üzrə şəbəkə hazırlığı indeksi (NRI) öz əksini tapıb. Azərbaycan reytinqdə 3,9 balla 61-ci yerdə qərarlaşaraq ötən ilki mövqeyini 9 pillə yaxşılaşdırıb.
ÜİF mütəxəssisləri ölkəmizə respublikanın informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı və maksimum fayda əldə etmək üçün göstərdiyi səylərdən bəhs edən “Azərbaycan: Sürətlə dəyişən dünyada böyük ambisiyalar” başlığı ilə ayrıca bölmə həsr ediblər.
Ekspertlər qeyd edirlər ki, ölkə İKT-nin inkişafına xüsusi əhəmiyyət verir.
Azərbaycan Qazaxıstan və Rusiya ilə yanaşı MDB məkanında informasiya texnologiyalarının inkişafı baxımından ən inkişaf etmiş ölkə kimi göstərilib. Gürcüstan 88-ci, Ermənistan isə 94-cü yerdə qərarlaşıb.
ÜİF ekspertləri, sektorun hökumət üçün prioritet olmasını, innovasiyalara hazırlıq, iqtisadi təsir, əhalinin savadlılığı, İKT xidmətlərindən istifadənin Azərbaycanda İT-nin inkişafı üçün güclü tərəflər olduğunu bildirirlər.
2002-ci ildən tərtib edilən reytinqdə birinci yeri ardıcıl olaraq üçüncü dəfə İsveç tutub. İkinci yerdə yenidən Sinqapur, üçüncü yerdə Finlandiya qərarlaşıb. İlk onluğa Danimarka, İsveçrə, Niderland, Norveç, ABŞ, Kanada və Böyük Britaniya da daxildir.

http://www.mincom.gov.az

 

 

 

order cigarettes online by the carton