İKT Xəbərləri
Yaponiyada maye-kristal displeylərin birgə istehsalı fəaliyyətə başlayıb
Yaponiyanın elektronika istehsalçıları Sony, Toshiba və Hitachi şirkətləri arasında birgə müəssisə rəsmən fəaliyyətə başlayıb. Yeni Japan Display şirkəti qismən INCJ (Innovation Network Corporation of Japan) fondu vasitəsilə investisiya edilən Yaponiya hökumətinin vəsaiti hesabına yaradılıb.
Birləşərək və rəsmi Tokionun dəstəyini qazanan Yaponiya şirkətləri Koreya və Tayvanın analoji məhsul istehsalçıları ilə uğurla rəqabət apara biləcəklər.
Cybersecurity-in yazdığına görə, razılaşmaya əsasən, şirkətlər əvvəlcə maye-kristal displeylərin istehsalını ayıraraq sonradan onları birləşdirməklə Japan Display şirkətini yaradıblar. Yeni müəssisədə INCJ hökumət fondu 70 faiz paya sahib olmaqla birgə müəssisəyə 2,6 milyard dollar sərmayə yatıracaq. Qalan 30 faiz Sony, Toshiba və Hitachi şirkətləri arasında bölüşdürüləcək.
Japan Display mobil telefon və kameralar üçün dünyanın nəhəng maye-kristal istehsalçısı olmaqla Yaponiya istehsalçılarına bu məhsulları Koreya və ya Tayvan istehsalçılarından almasından imtina etməklə yerli məhsullardan yararlanmağa imkan verəcək. İndiyədək əksər Yaponiya şirkətləri üçün iri maye-kristal tədarükçüləri qismində Koreyanın Samsung və Tayvanın Chimei Innolux şirkətləri çıxış ediblər.
http://www.mincom.gov.az