İKT Xəbərləri
Chrome 18 işıq üzü görüb
Google şirkəti açıq Chrome veb-brauzerinin yenilənmiş versiyasını buraxaraq bu yaxınlarda keçirilən Pwnium haker yarışması zamanı aşkar olunan bəzi boşluqları aradan qaldırıb. Sistem yenilənmələrindən başqa, yeni versiya geniş qrafik funksiyalarla da təmin edilib.
Aradan qaldırılan doqquz boşluq Pwnium yarışmasında nümayiş olunub və onların hər birinə görə Google 4 min dollar ödəyib. Həmçinin Sergey Qlazunov tərəfindən aşkar edilən təhlükəli proqram səhvi də aradan qaldırılıb. O, buna görə 60 min dollar əldə edib.
Bütün bunlarla yanaşı, Chrome-un yeni versiyasına aparat vasitələrinin sürətləndirilməsi üçün Canvas 2D elementi, eləcə də WebGL-in, xüsusilə 3D kontentin emalı üçün geniş dəstək imkanı daxildir. Bundan başqa, Chrome 18 Adobe Flash Player-in yenilənmiş versiyasını da dəstəkləyir, Cybersecurity yazır.

http://www.mincom.gov.az
Xəbər 50 dəfə oxunub