İKT Xəbərləri
Amerikalılar filmlərə getdikcə daha çox internet vasitəsilə baxmağa üstünlük verirlər
2012-ci ildə ABŞ-da internet vasitəsilə filmlərə tamaşa etmək sayı ilk dəfə olaraq DVD və Blu-ray kimi daşıyıcılarla filmləri seyr etmək sayını ötəcək.
IHS Screen Digest şirkətinin analitiklərinin fikrincə, 2012-ci ildə amerikalılar internet şəbəkəsi ilə filmləri 3,4 milyard dəfə, daşıyıcılarla isə cəmi 2,4 milyard dəfə seyr edəcəklər. 2011-ci ildə vəziyyət fərqli olub - 2,6 milyard göstərici ilə fiziki daşıyıcılar liderlik edib, internet-kinonun payı isə 1,4 milyard baxış təşkil edib.
Qeyd edək ki, IHS Screen Digest yalnız qanuni internet-resurslar vasitəsilə baxılan filmlər barədə olan məlumatları nəzərə alır. Onların sırasına Netflix, Hulu, Amazon Prime və digər servislər daxildir.
Lenta-nın məlumatına görə, analitiklər qeyd edirlər ki, internetdə filmə baxmaq (0,5 dollar) disk almaqdan (4,7 dollar) dəfələrlə ucuz başa gəlir.
2012-ci ildə filmlərin yazıldığı disklərin satışından əldə olunan gəlir 1,1 milyard dollar, internet vasitəsilə satılanlar 1,7 milyard dollar olacaq.
http://www.mincom.gov.az
Xəbər 50 dəfə oxunub