İKT Xəbərləri
Yeni iPad yeni prosessor və displeylə təchiz edilib
Apple şirkəti martın 7-də San-Fransiskoda keçirilən tədbirdə iPad planşet kompüterlərinin yeni nəslini təqdim edib.
Əvvəlki, ikinci nəsil planşetlərdən qurğu prosessor (yeni qrafikalı A5X), eləcə də 2048x1536 piksel təsvir ölçülü (piksellərin sıxlığı bir düyüm üçün 264) Retina ekranı ilə fərqlənir. Yeni ekranda rənglər daha dolğun görünür, - deyə Apple-ın vitse-prezidenti Fil Şiller qeyd edib.
Şirkət planşetin arxa panelinə yerləşdirilən kameranı da yeniləyib. Belə ki, kamera indi 5 meqapiksellidir, yeni konstruksiyalı obyektivlə təchiz edilib və videonu 1080p təsvir ölçüsündə çəkə bilir.
Yeni iPad LTE şəbəkələrində işləyə bilsə də, üçüncü nəsil şəbəkələrini dəstəkləməkdə davam edəcək.
Planşetin avtonom rejimdə iş vaxtı 10 saat təşkil edəcək. LTE şəbəkəsinə qoşulan zaman bu göstərici 9 saatadək azalır.
Aparat iPad 2 ilə müqayisədə bir qədər - əvvəlki 8,8 nisbətdə 9,4 millimetrədək “qalınlaşıb”, eləcə də əvvəlki 610 qrama nisbətdə ağırlaşaraq 635 qram olub .
Lenta-nın yazdığına görə, yeni nəsil iPad ABŞ-da və daha 6 ölkədə satışa martın 16-da çıxarılacaq. Wi-Fi versiyalı qurğunun qiyməti 499-699 dollar olacaq. 3G+LTE modullu aparatların qiyməti 629-829 dollar təşkil edəcək. Planşetləri 16, 32 və 64 giqabaytlı modifikasiya ilə almaq mümkündür.
İkinci nəsil planşetlər satışdan çıxarılmayacaq. 16 giqabaytlı Wi-Fi versiyalı aparatın qiyməti 499 dollardan 399 dollaradək, Wi-Fi və 3G ilə olanlar 629 dollardan 529 dollaradək enəcək.
http://www.mincom.gov.az