İKT Xəbərləri

Koreyada LG Optimus Vu modelinin satışına başlanılıb

LG şirkəti Optimus Vu modelinin - planşet və smartfon hibridinin satışına başlanılmasını elan edib. Samsung Note-un rəqibi adlandırılan aparatı hələlik yalnız Cənubi Koreyada almaq mümkün olsa da, tezliklə Avropa və ABŞ bazarlarına da çıxarılacaq. Android 2.3 əməliyyat sisteminin (sonradan 4.0-dək yenilənəcək) idarəetməsi ilə işləyən qurğunu istehsalçı ölkədə 900 dollara almaq mümkündür, Onliner yazır.   
Aparat IPS (In-Plane Switching) texnologiyası ilə hazırlanan 5 düym diaqonala malik böyük displeylə təchiz edilib və onun təsvir ölçüsü 1024x768 piksel təşkil edir. 
Smartfonun eni 90,4 millimetrdir və bu, Note-un analoji parametri ilə müqayisədə 8 mm çoxdur. Buna görə Optimus Vu-nu bir əldə saxlamaq o qədər də rahat olmayacaq. Bununla yanaşı, LG aparatı Note-dan 8,5 mm nazikdir.  
Model 1,5 giqahers takt tezlikli ikinüvəli Qualcomm Snapdragon MSM8660 prosessoru və Adreno 220 qrafik çipi ilə işləyir. Faylların saxlanılması üçün istifadəçi 32 giqabaytdan yararlana bilər. Optimus Vu iki – arxa LED işıqlandırmalı 8 meqapikselli və ön 1,3 meqapikselli kamera ilə təchiz edilib və 4G (LTE) şəbəkəsində işləmək iqtidarındadır.
Qurğunun batareyasının tutumu 2080 milliamper/saat təşkil edir.
http://www.mincom.gov.az

 


kamagra online uk sildenafil revatio