İKT Xəbərləri
Rabitə və informasiya texnologiyaları naziri Connect Arab Summit-də iştirak edir
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ərəb Dövlətləri Liqası ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunan Connect Arab Summit 2012 (Connect Ərəb Sammiti) iştirak edir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüs və rəhbərliyi ilə BMT-nin Baş Assambleyasında qətnamə ilə qəbul edilmiş “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin ərəb dünyasına fayda gətirəcəyini əsas gətirərək Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Azərbaycanın tədbirdə iştirakını məqsədəuyğun sayıb.
Sammit informasiya texnologiyaları ilə əlaqədar olaraq elm, bilik, təhsil, internet və informasiyaya çıxış imkanı, güclü regional İKT şəbəkəsinin inkişafı, kibertəhlükəsizlik, gənclik, innovasiya, sahibkarlıq və s. məsələlərə həsr ediləcək.
Toplantıda dünya və region ölkələrindən bir çox dövlət rəsmiləri, elm xadimləri, qlobal texnoloji şirkətlərin rəhbərləri iştirak edəcəklər.
Nazir Əli Abbasovun tədbirin panel sessiyalarında və yekun plenar iclasda əsas məruzəçi kimi TASİM layihəsi və kibertəhlükəsizlik məsələlərinə dair məruzə edəcəyi nəzərdə tutulub.
Səfər çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın təşviq edilməsi üçün hökumətlərarası “Anlaşma Memorandumu”nun imzalanması, Qətərin İKT üzrə naziri xanım Hessa Sultan Əl-Cabir, Qatar Satellite Company, Qatar National Broadband Network Company, Qtel şirkətlərinin rəhbərliyi və digər ölkələrin İKT, texnologiya və innovasiya sahələrinə cavabdeh hökumət rəsmiləri ilə ikitərəfli işgüzar görüşlərin keçirilməsi və Qatar Foundation-in nəzdində Qatar Science and Technology Parkına səfər nəzərdə tutulur.
BTİ-nin baş katibi Həmədun Ture ilə keçirilməsi nəzərdə tutulan görüşdə isə Beynəlxalq Kibertəhlükəsizlik Konvensiyası üzrə Azərbaycanın təşəbbüskarlığı müzakirə olunacaq.

http://www.mincom.gov.az