İKT Xəbərləri

RİTN-də Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüş keçirilib

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün Azərbaycanda səfərdə olan Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota ilə görüşüb.
Görüşdə qonaqlara Azərbaycanda informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunda həyata keçirilən işlər, o cümlədən,  “Elektron  hökumət” proqramı, Regional İnnovasiya Zonası layihəsi, kosmik sənayenin yaradılması və ilk telekommunikasiya peykinin orbitə buraxılması istiqamətində həyata keçirilən işlər barədə geniş məlumat verilib, İKT sahəsində qarşılıqlı təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi kimi məsələlər müzakirə mövzusu olub.
Rumıniya ilə  Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən Əli Abbasov qeyd edib ki, son illər bu tərəfdaşlıq əlaqələri Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafı fonunda daha da genişlənib.

Nazir Rumıniyanın İKT şirkətlərinin Bakutel 2011 sərgi-konfransında iştirakını yüksək qiymətləndirib, UTİ və Sweco kimi şirkətlərin Azərbaycan bazarında özünə layiqli yer tutacağına əminliyini ifadə edib. Əli Abbasov qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan şirkətlərinin də dünya bazarına çıxış əldə edəcəyini qeyd edib.

Öz növbəsində Yulian Fota iki ölkə arasında bütün sahələrdə olduğu kimi, İKT sahəsində də uğurlu əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib. O, ötən il Rumıniyanın rabitə və informasiya cəmiyyəti naziri Valerian Vremenin başçılığı ilə rumın şirkətlərinin Bakutel 2011 sərgisində iştirakının qarşılıqlı əməkdaşlıq baxımından faydalı olduğunu bildirib. 

Azərbaycanın İKT sahəsində istehsal etdiyi məhsulların Rumıniya bazarına çıxarılması ilə Avropa bazarlarına çıxış əldə edəcəyini bildirən Y. Fota bunun üçün əlverişli imkanların mövcud olduğunu qeyd edib. Bundan başqa, hazırda kibertəhlükələrin baş qaldırdığı bir vaxtda kibertəhlükəsizlik məsələlərinin vacib olduğunu bildirən qonaq Rumıniyada bu sahədə kompleks tədbirlər həyata keçirildiyini deyib. O, bu istiqamətdə də əməkdaşlığı vacib sayıb. 

Görüşdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniyel Kristian Çiobanu  və Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri Vahid Əliyev iştirak ediblər.

http://www.mincom.gov.az

 

 

 

cheap cheap cheap cigarettes on line kamagra brausetabletten