İKT Xəbərləri
2 min müəllim korporativ poçtdan istifadə edir
Hazırda 2 min Azərbaycan müəllimi teacher.edu.az domen adı ilə yaradılan korporativ elektron poçt xidmətinə qoşulub.
Layihə Təhsil Nazirliyi, Microsoft Azərbaycan şirkəti və Mədəd Azərbaycan təşkilatı tərəfindən birgə həyata keçirilir.
10 giqabaytlıq elektron poçt ünvanları Microsoft Live@Edu texnoloji platformasının bazasında işləyir və müəllimlər şəbəkəsində məlumat mübadiləsi, ani yazışma sistemi, çevik axtarış sistemi, fərdi iş planlaşdırılması alətləri, şəbəkə qruplarının yaranması və böyük həcmli faylları saxlamaq üçün 25 giqabaytlıq web məkana malikdir.
Korporativ ünvanlar İKT üzrə təlimlərdən keçmiş, həmçinin “Elektron məktəb” layihəsinə qoşulmuş pilot məktəblərin müəllimlərinə təqdim edilir.
http://www.mincom.gov.az