Xəbərlər
ABŞ şirkəti internetin paylanması üçün 300 hava şarı buraxır
“Google” şirkəti stratosferə gellə doldurulmuş üç yüzə yaxın hava şarı göndərərək onların köməyi ilə Yer kürəsinin uzaq və ucqar ərazilərini yüksəksürətli internet bağlantısı ilə təmin edəcək.
Şirkət artıq növbəti ildə hava şarlarından ibarət qlobal şəbəkə yarada biləcəyini düşünür ki, bu da dünyada məlumatların fasiləsiz ötürülməsinə və emalına imkan verəcək.
“Google” ilk növbədə İndoneziyanın ucqar yerlərini internetlə təmin etmək niyyətindədir. Buna səbəb 250 milyonluq ölkə əhalisinin yalnız 42 milyonunun internet istifadəçisi olmasındadır.
Gələcəkdə ötürücü aparatın Avstraliya, Yeni Zelandiya, ABŞ və Braziliya ərazisində sınaqlarının keçirilməsi gözlənilir, - "BBC” yazır.