İKT Xəbərləri

Azərbaycan nümayəndə heyəti Avstriyada səfərdədir

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın Vyana şəhərində Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 7-ci iclasında iştirak edir.
Xatırladaq ki, Qarışıq Komissiyanın 6-cı iclası  21 oktyabr 2010-cu il tarixində Bakı şəhərində keçirilmiş və nazir Əli Abbasov komissiyanın həmsədridir.
İclas zamanı ikitərəfli ticari və iqtisadi əlaqələrin mövcud vəziyyəti, perspektivlər, Avropa Birliyi-Azərbaycan əlaqələri, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü kimi məsələlərin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, müxtəlif ikitərəfli görüşlər, həmçinin BMT-nin Vyana ofisinin direktor müavini, BMT-nin kosmik məsələlər ofisinin direktoru, xanım Mazlan Otmanla görüşlər planlaşdırılıb.
Komissiyanın iclası çərçivəsində fevralın 22-də Avstriya Respublikası Federal İqtisadi Palatası ilə birgə 60-dan artıq Avstriya, 20-yə yaxın Azərbaycanın aparıcı şirkətlərinin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən biznes-forum keçiriləcək. 
Həmçinin fevralın 22-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın Avstriyadakı səfirliyi ilə birgə "Azərbaycan günü" təşkil edəcək. Tədbirə Avstriya Respublikası hökumət üzvləri, Avstriyada yerləşən diplomatik nümayəndəliklərin rəhbərləri, bir sıra şirkət nümayəndələri dəvət edilib.

http://mincom.gov.az

 


 

 

 

 

 


cigars online store cialis rezeptfrei schweiz