Xəbərlər
“Aztelekom”un daha bir uğuru- UĞUR mükafatı
Dünən Jumeirah Hoteldə Milli Uğur mükafatının təqdim olunma mərasimi keçirilib.
2014-cü ilin yekunları üzrə “İlin şirkəti” Milli mükafatı laureatlarının adları dekabrın 10-da keçirilən təntənəli mərasimdə açıqlanıb.
İlk Milli mükafat olan UĞUR mükafatı Azərbaycanda iqtisadiyyat və biznes sahəsində yüksək naliyyətlər əldə edən, milli iqtisadiyyatın inkişafına töhfə verən, yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rolu olan , bazarda dayanıqlı mövqeyə malik olan şirkət və qurumlara təqdim olunur.
Çox qürurverici haldır ki, bir çox mükafatlar qazanan Birliyimiz, 2014-cü ildə əldə etdiyi uğurlara görə təşkilatçılar tərəfindən də belə yüksək qiymətləndirilib. “Aztelekom” İstehsalat Birliyi bu dəfə “Rabitə və informasiya texnologiyaları” üzrə ilin şirkəti adına layiq görülüb. Əlbətdə , bu uğuru qazanmaq yüksək idarəetmənin, professional kadrların işə münasibətinin nəticəsidir. Bu münasibətlə Baş direktorumuz Məhəmməd Məmmədov başda olmaqla bütün kollektivimizi və uğurumuza sevinən dostlarımızı təbrik edirik.