İKT Xəbərləri
Aztelekom İB Lənkəranda internetin normal fəaliyyət göstərdiyini bildirir
Aztelekom İstehsalat Birliyi son günlər bəzi KİV-lərdə Lənkəran rayonunda internetin kəsilməsi barədə verilən məlumatların həqiqətə uyğun olmadığını bildirir. Təbii şəraitin yaratdığı çətinliklərə baxmayaraq rabitəçilərin gərgin əməyi və vaxtında görülmüş tədbirlər sayəsində Aztelekom İB-nin xidmət göstərdiyi şəbəkədə fəlakət, qəza, zədə və s. səbəbdən kabel magistrallarında heç bir boşdayanma halı qeydə alınmayıb. Ayrı-ayrı lokal, məhəlli xarakterli zədələnmələr isə dərhal aradan qaldırılıb.
Lənkəran rayonunda Aztelekom.net provayderi ilə yanaşı əhaliyə internet xidmətləri göstərən Azeronline, Azedunet, Smart, Avirtel və s. kimi özəl şirkətlərin də işlərində heç bir kəsintinin olmaması bunu bir daha sübut edir.
Aztelekom.net internet provayderinin xidmət göstərdiyi digər ərazilərdə də hazırda heç bir texniki problem yoxdur.
http://www.mincom.gov.az