Xəbərlər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil nömrələrə dair yeni elektron xidmət istifadəyə verib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətini elektronlaşdıraraq istifadəçilərin ixtiyarına verib.

“Elektron hökumət” portalı üzərindən təqdim olunan bu xidmət vasitəsilə mobil nömrələrin daşınma xidmətindən istifadəsi ilə bağlı məlumat əldə etmək mümkünləşib: “Xidmətdən yararlanmaq üçün istifadəçi mobil nömrəni müvafiq bölməyə daxil edərək “Göndərmək” düyməsini sıxmaqla asanlıqla məlumat ala bilər”.

Qeyd edək ki, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidməti portalda qeydiyyatdan keçmədən istifadə oluna bilən xidmətlər sırasında yer alır.

http://mincom.gov.az/

Xəbər 26 dəfə oxunub