İKT Xəbərləri
“Rabitə” Çempionlar Liqasının 1/4 finalına yüksəlib
Azərbaycanın qadınlardan ibarət “Rabitə” voleybol klubu Çempionlar Liqasının 1/4 finalına çıxıb.
Fevralın 9-da keçirilən cavab oyununda rabitəçilər Polşanın “Atom” klubuna qalib gələ biliblər.
Oyunun əsas vaxtı “Rabitə” idmançılarının 3:1(21:25, 25:14, 25:20, 25:20) hesablı qələbəsi ilə başa çatıb, lakin Polşada “Atom” komandasının voleybolçularının qələbə qazanması səbəbindən qalibin müəyyənləşdirilməsi üçün əlavə set keçirilib və nəticədə voleybolçularımız qonaqları 15:6 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıblar.
http://www.mincom.gov.az