Xəbərlər
“Azərbaycanda internetin bu günü və sabahı” Forumu başlayacaq
Milli Qurtuluş günü ərəfəsində, iyunun 12-də Mingəçevir şəhərində “Aztelekom” İstehsalat Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda internetin bu günü və sabahı” adlı forum keçiriləcək. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin tərəfdaş qismində təmsil olunduğu forum Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman, Təhsil Nazirliklərinin dəstəyi və nümayəndələrinin iştirakı ilə olacaq. Foruma Milli Məclisin deputatları Aydın Mirzəzadə, Azər Badamov və Tahir Rzayev, yerli idarəetmə orqanlarının, əsasən gənclərlərlə işləyən qeyri-hökumət təşkilatlarının, regionda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin, İKT sahəsində ixtisaslaşmış regional müəssisə və təşkilatların, həmçinin, regionda xidmət təklif edən özəl internet provayderlərin nümayəndələri də dəvət olunub.
Nəzərinizə catdırırıq ki,Forum aztelekom.org saytı ilə canlı yayımlanacaq
.Canlı yayımı izləyə bilmək üçün xahiş edirik istifadəçi adı və şifrə yerinə "user" yazasınız.
İstifadəçi adı: user
Şifrə: user