Son Xəbərlər

Rabitə və informasiya texnologiyaları naziri Dünya İqtisadi Forumunun Regional Sammitində iştirak edib

14-Sep-12 13:10.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Çin Xalq Respublikasının Tiancin şəhərində keçirilən Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edib. Sammitdə yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqi, innovativ sahibkarlıq, İKT-nin inkişafı, qlobal informasiya təhlükəsizliyi məsələsi, innovativ texnologiyaların qlobal iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi mövzular müzakirə edilib. 

Rabitə və İnformasiya Texnologiyalari Nazirliyində kollegiya iclası keçirilib

18-Jul-12 09:51.

İyulun 17-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin birinci yarım ilinin yekunlarına dair kollegiya iclası keçirilib.
Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə...

Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

13-Jul-12 10:27.

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açıb. Sonradan tədbirdə maliyyə naziri Samir Şərifov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış ediblər.


“Azərbaycan 2020: Gələcəyə baxış” - rabitə və informasiya texnologiyaları

21-Jun-12 11:29.

Bakıda “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının rabitə və informasiya texnologiyaları bölümünün hazırlanması ilə əlaqədar “dəyirmi masa” keçirilib. 
“Dəyirmi masa”da çıxış edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycanın bugünkü iqtisadiyyatının sürətlə modernləşdiyini bildirib.

Azərbaycan Prezidenti: Mən növbəti illərdə prioritetlər arasında, ilk növbədə İKT-ni görürəm

29-May-12 09:59.
Mən növbəti illərdə prioritetlər arasında, ilk növbədə informasiya-kommunikasiya texnologiyalarını (İKT) görürəm. Bu sözləri 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib.
Dövlət başçısı ümumiyyətlə dünyanın inkişafının bu istiqamətdə getdiyini vurğulayıb.


Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24-May-12 09:09.

Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılmışdır. Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir.


Görülən 25 - 30 qədər, 48 xəbərdən