Xəbərlər

“8K” formatlı “OLED” displey yaradılıb

“Semiconductor Energy Laboratory” (SEL) laboratoriyası, “Advanced Film Device” (AFD) və “Sharp” şirkətləri “8K” formatlı yüksək təsvir ölçüsünə malik 13,3 düymlü displeyin prototipini nümayiş etdirib.  

Qurğunun ekranı üzvi işıq diodlarından (OLED) və işıq filtrlərindən hazırlanıb.

Displeyin təsvir ölçüsü 7680х4320 piksel təşkil edir ki, bu da Full HD (1920х1080 piksel) formatlı panellərin təsvir ölçüsündən 16 dəfə çoxdur. “8K” displey prototipinin bir düym üçün piksellərinin sayı “664 ppi” təşkil edir. Müqayisə üçün qeyd edək ki, 13,3 düymlü “MacBook Pro” noutbukunun “Retina” displeyinin təsvir ölçüsü 2560x1600 pikselə və 227-yə bərabər “ppi” göstəricilərinə malikdir.

“CAAC-OS” (C-Axis Aligned Crystalline Oxide Semiconductor) texnologiyasından istifadə olunmaqla istehsal edilən displey prototipində işıq diodları beş tranzistor və bir kondensatorla idarə olunur.

Perspektivdə “8K” formatlı 13,3 düymlü displey "high-end” sinfindən olan portativ kompüterlərdə tətbiq edilə bilər. İstehsalçı panellərin kütləvi buraxılışına nə vaxt başlayacağı barədə məlumat vermir, - "3DNews” yazır.  

http://mincom.gov.az/

Xəbər 32 dəfə oxunub