İKT Xəbərləri
ABŞ-da TASIM layihəsi müzakirə olunub
Xarici İşlər və Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti yanvarın 30-dan fevralın 3-dək Nyu-Yorka səfəri çərçivəsində Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsini müzakirə edib.
Nümayəndə heyəti regionda informasiya-kommunikasiya infrastrukturunun inkişafına yönəldilmiş layihənin həyata keçirilməsi istiqamətində görülmüş işlər haqqında daha çox məlumat vermək üçün BMT-yə üzv dövlətlər ilə ikitərəfli məsləhətləşmələr aparıb.
Xatırladaq ki, 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə TASİM layihəsi üzrə BMT Baş Assambleyasında irəli sürülmüş qətnamə layihəsi yekdilliklə qəbul edilib və qətnaməyə əsasən Azərbaycan hökumətinə layihənin həyata keçirilməsi üzrə regional səviyyədə səylərin əlaqələndirilməsi tapşırılıb.
http://www.mincom.gov.az