İKT Xəbərləri

"Aztelekom" İstehsalat Birliyində Gənclər günü qeyd olundu

Azərbaycan Gəncləri günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində də qeyd olundu. Bu münasibətlə fevralın 2-də Birlikdə gənclərin toplantısı keçirildi. Əvvəlcə  "Aztelekom" İstehsalat Birliyində çalışan gənc mütəxəssislər və kollektivin nümayəndələri Fəxri Xiyabana gələrək Azərbaycanın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər çiçəklər düzüldü.

Tədbiri giriş sözü ilə "Aztelekom" İB-nin  baş direktoru Məhəmməd Məmmədov açaraq gəncləri bayram münasibəti ilə təbrik etdi. Məhəmməd Məmmədov dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiklərindən danışdı.

O qeyd etdi ki, Azərbaycan gənclərinin qazandıqları nailliyyətlər, onlara göstərilən dövlət qayğısı imkan verir ki, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətlərində gənclərimiz tərəfindən daha çox fəallıq  nümayiş etdirilməlidir. Bu bayram ulu öndər Heydər Əliyevin gəncliyimizə ən gözəl hədiyyəsidir. Azərbaycan gəncini hər zaman ağıllı, güclü, məntiqli, müstəqil görmək istəyən ümummilli liderin sərəncamı ilə 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə Azərbaycan gəncləri forumu keçirilərkən üzünü gənclərə tutan ulu öndər Heydər Əliyev demişdir: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də, Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun".

Ölkə rəhbəri İlham Əliyev bu siyasəti uğurla davam etdirir. 2007-ci ili Prezident İlham Əliyevin "Gənclər ili" elan etməsi də gənclərin fəallığını, gələcəyə ümidlərini daha da artırdı. Xüsusilə, ötən il gənclik üçün çox əlamətdar il oldu. İstər Dövlət Proqramının təsdiqlənməsi, istər Gənclər Fondunun yaradılması, istərsə də gənclərlə bağlı dövlət səviyyəsində həyata keçirilən digər tədbirlər tələbə və gənclərin rəğbətinə və onların həvəsləndirilməsinə səbəb oldu. 

Məhəmməd Məmmədov əlavə etdi ki, 2012-ci il gənclərimizin qarşısında daha böyük üfüqlər açır, çünki,  Prezident İlham Əliyev 2012-ci ili "İdman ili" elan etdi.

"Aztelekom" İB-nin Gənclər Təşkilatının sədri Vüsalə Niftəliyeva rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə qısa hesabat verdı. V.Niftəliyeva bildirdi ki, 2 fevral tarixinin Azərbaycan gəncləri üçün böyük önəmi var. V.Niftəliyeva qeyd etdi ki, informasiya və kommunikasiya texnologiyalannın əhəmiyyətinin gündən-günə artdığı qloballaşan dünyada Azərbaycan rabitəsi çətin və eyni zamanda şərətli yol keçərək müasir səviyyəyə çatmışdır. Digər sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsinin sürətli inkişafı və müasir dövrün tələblərinə uyğun qurulması da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 2003-cü ilin 17 fevral tarixində imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-2012-ci illər)" 10 il müddətində müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirmişdir. Bu strategiyadan irəli gələn vəzifələr hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirilir. "Aztelekom" İB-nin kollektivinin məqsədyönlü işi sayəsində əhaliyə və təşkilatlara göstərilən rabitə xidmətinin yaxşılaşdırılması texniki cəhətdən təmin edilmişdir. 2004-cü ildə "Aztelekom" İstehsalat Birliyində çalışanların cəmi 12 %-ni  gənc təşkil edirdisə, hazırda gənclərin payı 45%-ə çatmışdır. Birlikdə hər il gənclərimiz üçün Gənclər təşkilatının təşəbbüsü ilə müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə iştirak edən gənclərimizin 98%-i Yeni Azərbaycan Partiyasının üzvləridir. Yeni Azərbaycan Partiyasının gəncləri üçün təşkil edilən layihələrdə, o cümlədən, “Yay-Qış məktəbi” layihələrində partiyanın ən fəal gənc üzvlərindən olan  "Aztelekom" İB-nin gəncləri də iştirak edirlər.

Tədbirdə "Aztelekom" İstehsalat Birliyinin Həmkarlar təşkilatının sədri Bəylər Qurbanov, Qadınlar Şurasının sədri Nataşa Bədəlova, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, gənc mütəxəsslərdən Aysel Həsənli və başqaları çıxış etdilər. Çıxışlarda ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə də, indi də gənclər siyasətinə xüsusi diqqət yetirildiyi, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi proseslərdə həmişə fəal iştirak etdikləri vurğulandı.

Tədbir iştirakçıları Azərbaycan gənclərinin hazırkı durumu, onların qayğıları və digər məsələlərlə bağlı fikir mübadiləsi etdilər. Səslənən digər çıxışlarda da xüsusilə vurğulandı ki, ulu öndərimiz Heydər Əliyevin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri Prezident İlham Əliyev ətrafında sıx birləşərək, Vətənimizin tərəqqisi naminə var qüvvə ilə çalışırlar.

Tədbir təşkilatı məsələ - əvvəlki sədrin iş yerinin dəyişməsi ilə əlaqədar yenisinin seçilməsi  yekunlaşdı.

 

 


online tobacco shop cialis generic uk