İKT Xəbərləri
Nazir Əli Abbasov Davosda İKT sektoru haqqında danışıb
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Davosda Azərbaycana həsr olunan interaktiv sessiya çərçivəsində respublikanın informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişaf perspektivləri barədə danışıb.
Nazir çıxışında deyib:
“Beynəlxalq reytinq agentliklərinin qərarına əsasən, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişafın səviyyəsi inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasındadır. Beləliklə, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı ən prioritet sahələrdən biri kosmik sənayenin inkişaf etdirilməsidir. Bu il Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması planlaşdırılır. Digər bir sahə - infrastruktur sahəsidir. “Elektron hökumət”in və ictimai informasiya xidmətlərinin yaradılması, o cümlədən informasiya təhlükəsizliyinin təmin edilməsi də prioritet sahələrdəndir. Biz həm də Azərbaycanın İKT sahəsində regional layihələrdə fəal iştirakını daha da genişləndirməyi təmin etmək istiqamətində səylər göstəririk.
Əli Abbasov ölkəmizə xarici investisiyaların cəlb olunması, həmçinin xarici şirkətlərlə əməkdaşlıq üçün əlverişli biznes və sərmayə mühitinin olduğunu diqqətə çatdırıb”.
Əli Abbasov ölkəmizə xarici investisiyaların cəlb olunması, həmçinin xarici şirkətlərlə əməkdaşlıq üçün əlverişli biznes və sərmayə mühitinin olduğunu diqqətə çatdırıb”.
http://www.mincom.gov.az