İKT Xəbərləri

Azərbaycan Prezidenti Microsoft korporasiyasının vitse-prezidenti ilə görüşüb

Yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Microsoft International şirkətinin prezidenti, Microsoft korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşü olub.
Jan Kurtua ölkə ilə əməkdaşlığın səviyyəsindən razılığını bildirib, qeyri-qanuni proqram təminatının qarşısının alınmasında, piratçılığa qarşı mübarizədə Azərbaycanın regionda nümunə olduğunu vurğulayıb. Bildirilib ki, təmsil etdiyi şirkət informasiya təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ilə əməkdaşlığa hazırdır.
Prezident İlham Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük əhəmiyyət verildiyini, bu sahənin inkişafının ölkədə prioritet elan edildiyini vurğulayıb. 
Görüşdə Microsoft-un böyük regional informasiya-hesablama mərkəzinin Azərbaycanda yaradılması məsələsi bir daha müzakirə edildi və bununla bağlı işlərin sürətləndirilməsi qərara alınıb, AzərTac yazır.

http://www.mincom.gov.az