İKT Xəbərləri

Google TCP protokolunu modernləşdirmək niyyətindədir

Google şirkəti məlumatların ötürülmə sürətinin artırılması məqsədilə kompüter şəbəkələrinin, eləcə də internetin əsasını təşkil edən TCP (Transmission Control Protocol) protokoluna dəyişikliklər üzrə tövsiyələr hazırlayıb. Şirkət modernləşdirmə ilə bağlı təkliflərini baxılmaq üçün qlobal şəbəkənin əsasını təşkil edən texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olan Internet Engineering Task Force (IETF) beynəlxalq təşkilatına təqdim edib, Digit yazır. 
Google mütəxəssislərinin fikrincə, bəzi dəyişikliklərlə artıq 20 ildən çox mövcud olan TCP protokolu internet resursların tələblərinə və müasir yüksəksürətli rabitə kanallarının imkanlarına tam həcmdə cavab vermir.
Şirkət nümayəndələrinin qeyd etdiyinə görə, müasir brauzerlərin istifadə etdiyi baxılan internet-sayt ilə dərhal çoxlu şəbəkə birləşmələrinin yaradılması üsulu TCP protokoluna məxsus bir sıra məhdudiyyətlərdən yan keçməyə imkan verir, lakin əksər hallarda əlavə yubanmalara səbəb olur.  
Protokol üzrə yeni düzəlişlərin razılaşdırılması və tətbiqi üçün nə qədər vaxtın lazım olacağı hələ ki dəqiq məlum deyil.  

http://www.mincom.gov.az

 

cigarettes online kopen viagra kaufen